Loading...

“Hər Şey Qarabağ üçün” virtual kampaniya “ Virtual Qarabağ ”  İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən həyata keçirilir və Qarabağ həqiqətlərinin internet məkanın­da tanı­dıl­­­­masına xidmət edir.

Kampaniyanın məqsədi:

- Qarabag tarixi, mədəniyyəti, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haq­qında beynəlxalq ictimaiyyətə obyektiv informasiyalar, tarixi faktlar və həqiqətləri daha müasir formalarda çatdırmaq, Qarabağ haqqında düzgün məlumatlılığın artırıl­ma­sıdır.

- Beynəlxalq ictimaiyyətin, gənclərin, sosial təşəbbüskar insanların, hüquq müdafiəçi­lərinin, bir sözlə ədaləti seçən insanların diqqətinin Ermənistan Respublikasının işğalı nə­ti­cəsi olaraq doğma Qarabağ torpaqlarından məcburi köçkün düşmüş yüzminlərlə azərbaycanlıların faciəvi vəziyyətinə yönəl­dilməsidir.

- Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çər­çivəsində, ədalətli həlli üçün dünya ictimaiyyətinə çağırışlar və sivil təsir imkanlarının artırılmasıdır.

- Gənclərdə vətənimizin ayrılmaz parçası olan Qarabağa marağın və sevginin artırılması, vətənpərvərlik hisslərinin güclən­diril­məsidir.

- Qlobal informasiya məkanında Qarabağ haqqında elmi, tarixi, ictimai məlumatların, foto, video materialların yayıl­masıdır.

- “Hər Şey Qarabağ Üçün” virtual hərəkatı hamı üçün açıqdır: Azərbaycanda və dünyada ya­şa­yan sülhsevər insanlar, yeniyetmələr, gənclər, Qeyri - Hökumət Təşkilat­ları, gənclər təş­­kilatları kampaniyaya qoşula bilər.

- Hər kəs kampaniyanın devizi altında öz video, foto, rəsm, esse bədii nümunələr, həm­çinin problemə və mövzuya aid digər formada müxtəlif məlumatlarını hazırlayaraq bu is­ti­qamətdə təbliğat apara bilər, bu materialları www.virtualkarabakh.az internet səhi­fə­sində yerləş­dirilməsi üçün xüsusi ayrılmış elektron ünvana göndərə bilər.

- Kampaniya Qarabağ həqiqətləri ilə bağlı sərgilərin, təqdimatların, mühazirələrin ke­çi­ril­məsi üçün təşəbbüslərə - yerli və beynəlxalq müstəvidə təşkilati işlərinə dəstək verə bilər. 

- Kampaniya haqqında yerli və beynəlxalq mətbuatda məlumatlar verilə bilər.

- Sizi İnternet və sosial şəbəkələrdə Qarabağ həqiqətləri ilə bağ­lı müxtəlif təbliğat fəaliyyətlərində kampaniyanın loqosundan istifadə etməyə çağırırıq.