Xocavənd rayonu 26.11.1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılıb. Rayonun ərazisi 1. 46 min km2, əhalisi 44,1 min (01.01.2020) nəfərdir. Xocavənd rayonu ilə Bakı arasında olan məsafə 334 kilometrdir. Xocavənd rayonu 1 şəhər (Xocavənd), 2 iri qəsəbə (Hadrut, Qırmızı Bazar) və 81 kəndi birləşdirir. Kəndləri bunlardır – Şexer, Şıx Dursun, Dağdöşü, Edişə, Qırmızıqaya, Qoçbəyli, Tağaser, Vəng, Ağkənd, Axullu, Arakül, Bünyadlı, Cilən, Daşbaşı, Zərdanaşen, Müşkapat, Kiş, Köhnə Tağlar, Yemişcan, Qarqar, Xərxan, Zavadıx, Tağaverd, Çağadüz, Mülküdərə, Arpadüzü, Azıx, Zoğalbulaq, Binə, Binədərəsi, Sor, Böyük Tağlar, Bulutan, Xırmancıq, Məlikcanlı, Cəmiyyət, Çaylaqqala, Arpagədik, Petrosaşen, Çiraquz, Məmməddərə, Tsakuri, Dərəkənd, Ağcakənd, Hakaku, Qağartsi, Quzumkənd, Qarazəmi, Mirikənd Avdur, Tuğ, Ataqut, Kuropatkin, Şahyeri, Dolanlar, Edilli, Ağbulaq, Düdükçü, Əmiranlar, Gavahın, Ağbulaq, Güneyxırman, Çörəkli, Quzeyçartar, Quzeyxırman, Günəşli, Quşçular, Heşan, Xanoba, Xocavənd, Kəndxurd, Qarıtəpə, Qaradağlı, Qarakənd, Muğanlı, Salakətin, Sos, Cütcü, Susanlıq, Yenikənd, Güneyçartar.
Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir.
Xocavənd toponimi 2 hissədən - Xoca sözündən və vənd komponentindən ibarətdir. Xoca sözü türk dilində «müəllim, öyrətmən» anlamındadır. Vənd komponenti İran dillərində «uşağı, nəsli, törəməsi» mənasını daşıyır.
Xocavənd rayonu əsasən kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında üzümçülük, taxılçılıq və heyvandarlıq mühüm yer tuturdu. Rayonda axan dağ çayları füsunkar gözəlliklə bərabər, bağçılıq və bostançılıq üçün əlverişli şərait yaratmışdır. Əsrlərdən bəri əhali bu torpaqlarda meyvə bağları salmış, müəyyən təsərrüfat işləri ilə məşğul olmuşlar.
Rayon Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdədir. Relyefi əsasən dağlıqdır. Hündürlüyü təqribən 500 metrdən 2725 metrə (Böyük Kirs dağı) qədərdir.
Rayon ərazisində Bağırxan, Qırmızı Bazar, Mədə Bulağı, Baba Bulağı, Ballı Bulaq və s. onlarla istirahət zonaları var.
Özünəməxsus təbii sərvətləri, təbiət abidələri olan qədim yaşayış məskənlərindən sayılan Xocavənd rayonunda ehtiyatları 2034 min m3 olan və üzlük daşı istehsalına yararlı Ediş qabbro; ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı; proqnoz ehtiyatları 90,33 min m3/gün olan yeraltı şirin su yataqları var. Çayları (Xonaşençay, Köndələnçay, Qozluçay, Quruçay, Çaxmaqçay, Alıçay, Atautçay, Binəçay və s. ) Kür-Araz hövzələrinə aiddir.
Xocavənd rayonunda Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 il və diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 2000 il yaşlı Şərq çinarları təbiət abidəsi kimi qorunurdu.
Xocavənd rayonunun Qarakənd kəndində Respublikanın “Qırmızı kitab”ına düşmüş 0,5 ha III dövrün relikt növü olan, orta diametri 24 sm, hündürlüyü 12 m, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi.
Rayon Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdədir. Relyefi əsasən dağlıqdır. Hündürlüyü təqribən 500 metrdən 2725 metrə (Böyük Kirs dağı) qədərdir.
Özünəməxsus təbii sərvətləri, təbiət abidələri olan qədim yaşayış məskənlərindən sayılan Xocavənd rayonunda ehtiyatları 2034 min m3 olan və üzlük daşı istehsalına yararlı Ediş qabbro; ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı; proqnoz ehtiyatları 90,33 min m3/gün olan yeraltı şirin su yataqları var.
Bitki örtüyündə kolluq və seyrək meşəli çəmənlər üstünlük təşkil edir. Xocavənd rayonunda Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 il və diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 2000 il yaşlı Şərq çinarları təbiət abidəsi kimi qorunurdu.
Xocavənd rayonunun Qarakənd kəndində Respublikanın “Qırmızı kitab”ına düşmüş 0,5 ha III dövrün relikt növü olan, orta diametri 24 sm, hündürlüyü 12 m, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi.
Xocavənd rayonu ərazisində, Salakətin kəndinin yaxınlığında (Quruçay vadisində) 1,5 milyon il yaşı olan Azıx mağarası, həmçinin qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində yerləşən V-VIII əsrlərə aid «Ritiş» qalası, Ərgünəş dağının yamacında sıldırım qayalar üzərində yerləşən «Ərgünəş» qalası, Düdükçü kəndi ətrafında XIII əsrə aid «Rzaqulu Bəy» türbəsi, Xocavənd kəndi yaxınlığında «Aşıqlı Qoşa» günbəzi, Böyük Tağlar kəndində «Alban» məbədi (1241-ci il), Tuğ kəndindəki «Qırmızı» məbəd adlı X əsrə aid tarixi memarlıq və incəsənət abidələri və s. var.
1988-ci ilin fevralından başlayan Qarabağ müharibəsində Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) vermişdir. Xocavənd rayonu 02. 10. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.
9 oktyabr 2020–ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsi, ikinci Qarabağ müharibəsi ərzində rayonun 35 kəndi Ermənistan işğalından azad olunmuşdur. Xocavənd üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Qarabağ Azərbaycandır!
Mənbə:
Qarabağ Yaddaş kitabı. Bakı 2010, MHS- paliqraf
Dövlət Statistika Komitəsinin məlumatları