İstanbul, 19 noyabr 1999-cu il
İstanbul Zirvə görüşünün Bəyannaməsi
Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranan vəziyyət və son hadisələr haqqında ATƏT-in Minsk qrupunun Həmsədrlərinin məruzəsini aldıq və onların səylərini müsbət qiymətləndiririk. Biz Ermənistan və Azərbaycan prezidentləri arasında aktivləşən dialoqu xüsusilə alqışlayırıq ki, onların müntəzəm görüşləri problemin möhkəm və hərtərəfli həllinin tapılması prosesinin dinamikası üçün imkan yaratmışdır.
Biz qəti şəkildə bu dialoqu dəstəkləyirik və ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların bərpası ümidi ilə bu dialoqun davam etdirilməsinə çağırırıq.
Biz həmçinin təsdiq edirik ki, ATƏT və məsələnin həllinin tapılması üçün ən münasib format olan ATƏT-in Minsk qrupu sülh prosesini və onun gələcəkdə həyata keçirilməsini, tərəfləri bütün zəruri köməklik ilə təmin etmək də daxil olmaqla, daha da irəlilətməyə hazırdır.
Biz bu il Yerevanda ATƏT-in ofisinin açılmasını və analoji ofisin Bakıda açılması qərarını alqışlayırıq. Bu addımlar ATƏT-ə bizim Ermənistan və Azərbaycanla olan əməkdaşlığımızı gücləndirmək imkanı verəcək.
Mənbə: http://www. osce. org