“Ölkəmizi tanıyaq” layihəsi sayəsində Vətənimizin dilbər guşələri ilə yaxından tanış olmaq imkanı əldə etmişik. Biz Xocalı məktəbliləri də bu fürsətdən yararlanırıq. Arzum budur ki, işğal altındakı ərazilərimiz tezliklə düşməndən azad olunsun, doğma Qarabağımızın dilbər guşələrinə də ekskursiyaya gedək.
Bu sözləri tur-aksiya iştirakçısı, Xocalı şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Şəms Ağayeva Şəkidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçısı gənclərin hərtərəfli yetişməsində, dünyagörüşlərinin zənginləşməsində belə layihələrin əhəmiyyətini yüksək qiymətləndirib.