Loading...
Paşinyan yenə Qarabağdan danışdı və Tonoyanı dəstəklədi

Paşinyan yenə Qarabağdan danışdı və Tonoyanı dəstəklədi

02-04-2019

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində danışıqlar prosesi davam etdirilməlidir, amma anlamalıyıq ki, nə qədər ki münaqişə həll olunmayıb, istənilən vəziyyətə hazır olmalıyıq”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Erablur” hərbi panteonunda jurnalistlərə açıqlamasında deyib. O, hətta Ermənistan müdafiə naziri David Tonoyanın “ərazi qarşılığında sülh” formulunu dəyişərək, onu “yeni ərazilərin işğalı üçün yeni müharibə” formulu ilə əvəzləməsini dəstəkləyib:

“Əgər müdafiə naziri başqa bəyanat versəydi, onu işdən qovardım. O deyib ki, əgər müharibə olarsa, bizim cəhdimiz bu müharibədə qələbə qazanmaq olacaq və bu, normaldır. Bu cür bəyanat nizamlanma prosesinə heç bir kölgə salmır, əksinə sülh yolu ilə həllin vacibliyini vurğulayır”.

O, Tonoyanın onun nəzarəti altında hərəkət etdiyini deyib.

Qeyd edək ki, D.Tonoyan Nyu York şəhərinin erməni diasporunun nümayəndələri ilə görüşdə “ərazilər əvəzinə sülh formatını dəyişərək yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəyik, biz hücum bölmələrinin sayını artıracağıq ki, döyüş əməliyyatlarını düşmən ərazisində apara bilək” demişdi.

virtualaz.org