Loading...
Moskvada MDB-nin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək

Moskvada MDB-nin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək

03-04-2019

Aprelin 5-də Rusiya Federasiyasının Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikasını xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.