Loading...
Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri aprelin 15-də Moskvada görüşəcəklər

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri aprelin 15-də Moskvada görüşəcəklər

11-04-2019

Aprelin 15-də Moskva şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçiriləcək.