Loading...
XİN: Azərbaycan bir müddət öncə əsir və girovların

XİN: Azərbaycan bir müddət öncə əsir və girovların "hamının hamıya" prinsipi ilə dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib

02-05-2019

"Bir müddət öncə Azərbaycan münaqişə çərçivəsində əsir və girov götürülmüş şəxslərin "hamının hamıya" prinsipi ilə dəyişdirilməsi təşəbbüsü ilə çıxış etmişdi".

Bunu ONA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

L. Abdullayeva bildirib ki, Azərbaycan münaqişənin tezliklə həllində ən maraqlı olan tərəfdir: "Xarici işlər nazirlərinin Moskvada keçirilmiş son görüşündə qəbul olunmuş bəyanatda da məhz münaqişənin həlli kontekstində müəyyən humanitar tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. O cümlədən əsir və girovların yaxınları ilə təmaslarının qurulması məsələsi gündəmə gəlib. Biz öz tərəfimizdən bu təşəbbüslərin hər zaman tərəfdarı olduğumuzu bəyan etmişik".

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov da bir neçə gün əvvəl münaqişələr zamanı, o cümlədən Dağlıq Qarabağ münaqişəsində əsir və girov düşmüş şəxslərin "hamının hamiya" prinsipi ilə dəyişdirilməsinin tərəfdarı olduqlarını bildirib.