Loading...
Şuşa şəhərinin işğalının 27-ci ildönümü ilə əlaqədar gənclərin onlayn fəaliyyət kampaniyasına start verilir.

Şuşa şəhərinin işğalının 27-ci ildönümü ilə əlaqədar gənclərin onlayn fəaliyyət kampaniyasına start verilir.

08-05-2019

Kampaniya Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir.

Kampaniyanın keçirilməsində məqsəd Şuşanın işğalı ilə bağlı faktlar və Şuşa barədə məlumatları müasir informasiya-kommunikasiya texnologiyalarından və rəqəmsal media alətlərindən istifadə edərək dünya ictimaiyyətinə çatdırmaq, gəncləri bu istiqamətdə səfərbər etməkdir.

Kampaniya çərçivəsində 6 dildə (azərbaycan, rus, ingilis, fransız, ispan və alman dillərində) 10 poster hazırlanıb. Paylaşımlar zamanı təklif olunan həştəqlərdən istifadə olunaraq, sosial şəbəkələr vasitəsi ilə kütləvi çağırışlar ediləcək və işğal faktları dünya ictimaiyyətinə çatdırılacaqdır.

https://cloud.mail.ru/public/3JGR/5h198EZcX