Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, texniki və uçuş heyəti mayın 13-də başlayacaq “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək üçün Konya şəhərindəki aviabazaya yola salınıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin iki “Mi-35” və iki “Mi-17” helikopterləri cəlb olunacaq.