Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclası iyunun ikinci yarısında keçiriləcək.
Bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze ONA-nın Gürcüstan bürosuna müsahibəsində bildirib.
Baş nazir bu gün Gürcüstan vətəndaşlarının Keşikçidağdakı məbədə rahat şəkildə getdiklərini bildirib: "Gürcüstan mediasından xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşsınlar. Bu, çox emosional bir məsələdir. Komissiya öz işini davam etdirir. Bu məsələ iki qardaş və dost ölkə arasında öz həllini tapacaq".