Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanması barədə xəbər yayıb.
Xəbərdə deyilirdi ki, əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub.
Virtualaz.org bildirir ki, bu razılığa əsasən, dekabrın 14-də Vətənə qaytarılan 9 əsir və girov aşağıdakı şəxslərdir:
1. Emin Baxşəliyev
2. Amin Musayev
3. Yəhya Abdinov
4. Şərif Əliyev
5. Ömər Ələkbərov
6. Nurəddin Yolçuyev
7. Bayram Kərimov
8. Dilqəm Əsgərov
9. Şahbaz Quliyev
Xatırladaq ki, A.Musayev işğal altında olan torpaqların azad olunması uğrunda gedən döyüşlər zamanı ermənilər tərəfindən əsir götürülmüşdü.