Loading...
Ermənistan parlamentinin qarşısında etiraz aksiyası başlayıb

Ermənistan parlamentinin qarşısında etiraz aksiyası başlayıb

28-12-2020

Yerevanda Ermənistan parlamentinin qarşısında hökumət əleyhinə etiraz aksiyası başlayıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, etiraz aksiyasına toplaşanlar parlamentə daxil olan deputatlardan baş nazir Nikol Paşinyanı devirməyi tələb edir.

Aksiya zamanı "Nikolsuz Ermənistan" kimi şüarlar səsləndirilir.

Parlamentə gələn hakim "Mənim addımım" partiyasının deputatı Andranik Koçaryanın avtomobilinə yumurta atılıb. Deputatın ünvanına "satqın" şüarı səsləndirilib

Qeyd edək ki, bu gün Ermənistan parlamentinin növbədənkənar iclası keçirilir. Bir neçə gün əvvəl N.Paşinyan erkən parlament seçkilərinin keçirilməsi məsələsi ilə əlaqədar müxtəlif siyasi qüvvələrlə məşvərətlərə başlamağa hazır olduğunu demişdi.

Trend.az