Dağlıq Qarabağ münaqişəsini Ermənistan və Azərbaycan rəhbərləri həll edə bilər, beynəlxalq vasitəçilər ötən illər ərzində vəziyyətin real nizamlanması üçün heç nə etməyiblər.
Trend-in məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya mətbuat nümayəndələri ilə görüşü zamanı deyib.
A.Lukaşenko bildirib: “Minsk qrupu bu onilliklər ərzində Dağlıq Qarabağla bağlı heç bir şey etməyib və iki prezident oturub, “Gəlin problemi həll edək” deməsələr, vasitəçilər heç nə etməyəcəklər”.