Loading...
Tramp Paşinyanı 5 gün sonra yada saldı

Tramp Paşinyanı 5 gün sonra yada saldı

19-01-2019

ABŞ prezidenti Donald Tramp Nikol Paşinyanı Ermənistanın baş nazir olması münasibəti ilə təbrik edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

Məktubunda Tramp ABŞ-ın çiçəklənən, demokratik və qonşuları ilə sülh şəraitində olan Ermənistanı dəstəklədiyini bildirib. O, həmçinin Ermənistanla ticarətin dərinləşdirilməsi, qlobal təhlükəsizliyin gücləndirilməsi və korrupsiya ilə mübarizə sahəsində inkişafa nail olunmasının gərəkdiyini və bunun Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həllinə yardım edəcəyini vurğulayıb.

Qeyd edək ki, Paşinyan yanvarın 14-də baş nazir təyin edilib. Onu ilk təbrik edən Rusiya prezidenti Vladimir Putin olub.

virtualaz.org