İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) ilk dəfə olaraq 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda insanlığa qarşı törədilmiş cinayətin – 20 Yanvar hadisələrinin Azərbaycan xalqının acısına şərik çıxan ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri tərəfindən pislənildiyi qeyd olunur.
Həmçinin dünya ictimaiyyətinə və beynəlxalq insan haqları təşkilatlarına faciəyə hüquqi qiymətin verilməsinə, bu cinayəti törətmiş şəxslərin beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılmasına çağırış edilib.
Eyni zamanda, bəyanatda baş direktor Əbdüləziz bin Osman əl-Tuveycri tərəfindən dünyanın bu vacib regionunda sülhün və təhlükəsizliyin bərqərar olması üçün beynəlxalq ictimaiyyətə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal geri çəkilməsinə məcbur edilməsinə dair müraciətin ünvanladığı da vurğulanır.