Davos Ümumdünya İqtisadi Forumunun təşkilatçıları Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünü forumun 33 əsas hadisəsi sırasına daxil edib.
Trend-in məlumatına görə, forumun veb-saytında dünyaya təsir göstərən 33 hadisənin siyahısı verilib.
Məlumatda deyilir: “Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların irəliləməsi üçün Ümumdünya İqtisadi Forumu zamanı görüşüb”.