Rusiya Bakı və Yerevan arasında konstruktiv əlaqələri alqışlayır. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova yanvarın 31-də keçirdiyi brifinqdə söyləyib.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Rusiya XİN rəsmisi deyib: “Bu məsələ ilə bağlı bizim mövqeyimiz dəyişməyib...Biz öz vasitəçilik funksiyamızı xoş niyyətlə və düşünürəm ki, yüksək səviyyədə yerinə yetiririk. Bakı ilə Yerevan arasında son vaxtlar müxtəlif səviyyələrdə keçirilən konstruktiv danışıqları alqışlayırıq”.
M.Zaxarova əlavə edib ki, Rusiya bu məsələ ilə əlaqədar hər iki paytaxtda səslənən konstruktiv bəyanatları eşidib. “Hesab edirik ki, bu irəliyə doğru atılan düzgün addımlardır”, -deyə XİN rəsmisi sözlərinə yekun vurub.