Beynəlxalq Qızıl Xaç Komitəsi ötən il ərzində saxlanılmış şəxslərə 88 başçəkmə həyata keçirib.
Trend-in məlumatına görə, başçəkmə zamanı saxlanılan şəxslərlə rəftar, onların saxlanma şəraiti və ailələri ilə əlaqə saxlaması yoxlanılıb. Komitə əməkdaşları 45 azadlıqdan məhrumetmə yerində olub.
Bundan başqa, həmin müddət ərzində saxlanmış şəxslərdən 336 Qızıl Xaç Məktubları toplanılıb və onlardan 269-u çatdırılıb.
trend.az