Loading...
İran Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda nizamlanmasında maraqlıdır

İran Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda nizamlanmasında maraqlıdır

08-02-2019

İran Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda nizamlanmasında maraqlıdır.

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında deyib.

Səfir onu da bildirib ki, İran Dağlıq Qarabağ münaqişəsində tərəflərin danışıqlarını əhəmiyyətli hesab edir: "Azərbaycan və Ermənistan prezidentlərinin, eləcə də xarici işlər nazirlərinin görüşləri münaqişənin tənzimlənməsində böyük rola malik ola bilər. Əlbəttə, ATƏT-in Minsk qrupu da münaqişənin tənzimlənməsinə çalışır. İran münaqişənin sülh və danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır".

1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktoru hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

trend.az