Loading...
Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi protokolu təsdiq etdi

Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi protokolu təsdiq etdi

09-02-2019

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair protokolu təsdiq edib.

Sənəd iki ölkənin Silahlı Qüvvələri arasında hərbi təlim-tədris və əməkdaşlıq fəaliyyətlərini inkişaf etdirmək məqsədi daşıyır.

Protokol tərəflər arasında icra ediləcək fəaliyyətlərdə iştirak edəcək Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinə mənsub olan şəxsi heyətlə bu fəaliyyətlərin icra ediləcəyi hərbi hissə, təşkilat və müəssisələri əhatə edir.

Trend bildirir ki, protokolun məqsədi, həmçinin Türkiyə Baş Qərargahı ilə Azərbaycanın Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti arasında həyata keçiriləcək şəxsi heyət mübadilələrinin icra əsaslarını, icra müddətində vəzifə, səlahiyyət və öhdəlikləri müəyyənləşdirməkdir.

virtualaz.org