Loading...
Xocalı soyqırımı

Xocalı soyqırımı

Xocalı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin inzibati sərhədləri daxilində, Ağdam-Şuşa-Xankəndi- Əskəran yolunun üzərində və regionun yeganə hava limanının yaxınlığında yerləşən Azərbaycan şəhəri idi. Şəhərin əhalisi yeddi mindən çox idi. Regionun yeganə mülki hava limanı burada yerləşdiyindən şəhərin nəqliyyat-kommunikasiya baxımdan xüsusi əhəmiyyətə malik idi. Məhz buna görə Dağlıq Qarabağ münaqişəsi başlamazdan öncə şəhər qaçqınların pənah apardığı yerə çevrilmişdir. Orta Asiyada baş verən etnik çaxnaşmalardan qaçan Ahısxa türkləri və Ermənistandan deportasiya olunan azərbaycanlı qaçqınlar Xocalıda məskunlaşmışdı.

1992-ci ilin fevral ayında Xocalının azərbaycanlı əhalisinə qarşı misli görülməmiş soyqırım törədilmişdir. Xocalı Soyqırımı kimi tanınan bu qanlı faciə nəticəsində minlərlə azərbaycanlı öldürülmüş və əsir götürülmüş, şəhər özü yerlə-yeksan edilmişdir. 1992-ci ilin 25 fevral tarixindən 26 fevrala keçən gecə keçmiş SSRİ-nin 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini ələ keçirmişdir.

Faciənin baş verdiyi gecədən əvvəl Xocalı sakinləri şəhərdə qalmış və (təxminən 2500 nəfər) şəhərə hücum başladıqdan sonra azərbaycanlıların məskunlaşdığı ən yaxın yerə çatmaq üçün şəhərdən çıxmağa cəhd etmişlər. Lakin onların bu planı baş tutmadı. Xocalını məhv edən işğalçılar mülki əhaliyə qarşı xüsusi amansızlıq törətmişlər.

Xocalının yüzlərlə günahsız sakininin vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ərazisində baş verən silahlı münaqişə zamanı törədilmiş ən qanlı cinayətlərdən biri idi. Ermənistan silahlı qüvvələri və xarici hərbi birləşmələr Xocalıdan və ətraf yerlərdən çıxa bilməmiş insanların demək olar ki, hamısını vəhşicəsinə qətlə yetirmişlər. Bunun nəticəsində 613 nəfər, 106 qadın, 63 uşaq və 70 ahıl qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil. Faciə zamanı Xocalının 487 sakini əlil edilmiş, o cümlədən yetkinlik yaşına çatmamış 76 uşaq, 6 ailə tamamilə məhv edilmiş, 26 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Qətlə yetirilənlərdən 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, onların başları kəsilmiş, gözləri çıxarılmış, diri-diri yandırılmış, hamilə qadınları doğulmamış uşaqları qarınlarından çıxarılmışdır.

Ermənistan rəsmiləri münaqişə zamanı törətdikləri cinayətlərə, o cümlədən Xocalı əhalisinə qarşı törətdikləri vəhşiliklərə görə məsuliyyəti inkar edir, faktarı saxtalaşdırmaq, öz mülahizələrinə uyğunlaşdırırlar. Onların bu yanaşması nəinki reallıqdan uzaqdır, həmçinin sadə məntiq qaydalarına ziddir. Bütün bunlara baxmayaraq, ən kəskin təbliğat belə real vəziyyəti əks etdirən faktları inkar etməyə və Ermənistan tərəfinin təqdim etdiyi reallıqdan uzaq yanaşmanı qəbul etməyə imkan verməyəcəkdir. Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının əlində olan yetərli informasiya ilə yanaşı, faciənin törədilməsi ilə bağlı Ermənistanın məsuliyyətini həmçinin çoxsaylı müstəqil mənbələr və faciə şahidlərinin ifadələri də təsdiqləyir.

Xocalı soyqırımının tanınması

Xocalı Soyqırımı 20-ci əsrdə baş vermiş ən faciəli insan faciələrindən biridir. Bu sıraya həmçinin Xatın, Hiroşima, Naqasaki və Songmi daxildir. Əsrin sonunda törədilmiş bu faciə sadəcə Azərbaycan əhalisinə qarşı törədilməmiş, bu, insanlıq əleyhinə törədilmiş ən qanlı cinayətlərdən biridir. Beynəlxalq konvensiyalar, universal qanunlar, Xocalı faciəsi kimi faciələri dəfələrlə pisləmiş və onların qəbulolunmaz olduğunu bildirmişdir. Ermənistan Respublikası tərəfindən Xocalıda törədilmiş bu insanlıq əleyhinə cinayətə beynəlxalq siyasi və hüquqi qiymət verilməsi üçün Azərbaycan bir çox beynəlxalq təşkilatlar və dünya ölkələrinin parlamentlərində qətiyyətli addımlar atmışdır.

"Xocalıya Ədalət" kampaniyası

Üzv ölkələrin sayına görə dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan İslam Konfransı Təşkilatı (Qeyd: təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 2011-ci ilin 28 iyun tarixli qərarı ilə təşkilatın adı İslam Əməkdaşlıq Təşkilatı kimi dəyişdirilmişdi) Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü dəfələrlə pisləmiş və Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmişdir. 2004-cü ildə İslam Konfransı Təşkilatı Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunu təsis etmişdr. Forum həmçinin 2007-ci ilin payızında “Sivilizasiyaların Alyansı” çərçivəsində keçirilmiş “Gənclər Sivilizasiyaların Alyansını dəstəkləyir” təşəbbüsü çərçivəsində Beynəlxalq Gənclər Hərəkatına müraciət edərək, öz tərəfdaşları və beynəlxalq təşkilatlar vasitəsilə dinc azərbaycanlıların qanını tökmüş rejimin provokativ addımları ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlılığın artırılmasına çağırmışdır. Təkliflərdə qeyd edilmişdir ki, Dağlıq Qarabağ münaqişəsi sivilizasiyalar arasında münasibətlərin pisləşməsinə səbəb olacaq münaqişə kimi nəzərdən keçirilməlidir. Təklifdə həmçinin qeyd edilmişdir ki, Ermənistanda hakimiyyətə gəlmiş Serj Sarkisyanın addımları dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan Cənubi Qafqaz regionunda sabitliyin pozulmasına gətirib çıxara bilər.

İƏT Gənclər Forumunun Direktorar Şurasının 2008-ci ilin aprel ayında Küveytdə keçirilmiş 6-cı iclasında Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Forumun mədəniyyətlər və sivilizasiyalararası dialoq üzrə ilk baş katibi seçilmişdir. Bu, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal olunması faktına İƏT-in Gənclər Forumu tərəfindən diqqət çəkilməsinə təkan vermişdir. Həmin ilin 17 may tarixində İƏT və İSESKO-nun təşkilatçılığı ekspertlər səviyyəsində keçirilmiş iki günlük toplantının nəticəsində Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət - Qarabağa Azadlıq” kampaniyası İƏT-in ekspertləri tərəfindən dəstəklənmiş və 26 fevralın İƏT-ə üzv ölkələrdə humanitar faciə qurbanlarının Xatirə Günü kimi qeyd olunması qərarlaşdırılmışdır. Bundan əlavə, Xocalı Soyqırımının İslam ölkələrində dərsliklərə daxil edilməsi ilə bağlı təklifin İƏT-in xarici işlər nazirlərinin iclasına təqdim edilməsi haqda qərar qəbul edilmişdir.

İƏT ölkələrinin xarici işlər nazirləri şurasının Uqandanın paytaxtı Kampalada keçirilmiş iclasında Gənclər Forumunun Sivilizasiyaların Alyansının Baş Koordinatoru Leyla Əliyevanın “Xocalıya Ədalət - Qarabağa Azadlıq” adlı təşəbbüsü təsdiq etmişdir. İƏT xarici işlər nazirlərinin 35-ci iclasında bununla əlaqədar xüsusi qətnamə qəbul edilmişdir. 57 ölkənin xarici işlər nazirləri tərəfindən qətnaməyə dəstək verilməsi nəticəsində bu qətnamənin yerinə yetirilməsi üçün zəruri siyasi və hüquqi zəmin yaradılmışdır.

Qətnaməyə əsasən İƏT-ə üzv ölkələrdə humanitar faciələrin qurbanlarının Xatirə Günü təsis edilmişdir. Qətnamədə Xocalı faciəsi də daxil olmaqla baş vermiş faciələrin siyahısı təsdiq olunmaqla, 20-ci əsrdə müsəlman əhalisinin üzləşdiyi humanitar faciələr, təcavüz və etnik təmizləmə halları ilə bağlı həqiqətlərin yayılması ilə bağlı məlumatlandırma kampaniyalarının keçirilməsi qərara alınmışdır.

İslam Əməkdaşlıq Təşkilatına daxil olan Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbüsü ilə “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyasına 2008-ci ilin 8 may tarixində start verilmişdir. Kampaniya çərçivəsində ilk olaraq, Xocalı faciəsi ilə bağlı uşaqlar tərəfindən çəkilmiş fotoşəkillərdən ibarət sərgi və İstanbulda, Taksim metro stansiyasında xarici ölkə gənclərinin faciə ilə bağlı fotolarından ibarət sərgilər keçirilmişdir. İƏT-in xarici işlər nazirləri Şurasının 2009-cu ilin may ayında Suriyanın Dəməşq şəhərində keçirilmiş 36-cı iclasında nazirlər Gənclər Forumu tərəfindən həyata keçirilən “Xocalıya Ədalət – Qarabağa Azadlıq” kampaniyasını tam dəstəkləmiş, kampaniya ilə bağlı qeydlər yekun qətnaməyə daxil edilmiş və təşkilata üzv dövlətlərə kampaniyada fəal iştirak etmələri tövsiyə olunmuşdur.

2011-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyasını dəstəkləyən bəyanat qəbul etmişdir. İƏT-in Parlament Şurasının Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilmiş 13-cü iclasında qəbul olunmuş Abu-Dabi bəyannaməsi Xocalı faciəsinin insanlıq əleyhinə cinayət kimi tanınması ilə bağlı üzv ölkələrə müraciət etmişdir. Bu, İƏT-in Gənclər Forumunun “İƏT-in Gənclər Forumu və İƏT-in Parlament İttifaqı arasında əməkdaşlığa” dair təşəbbüsü əsasında baş tutmuşdur. Qəbul edilmiş qətnamənin 3-cü bəndində qeyd edilmişdir ki, İƏT-ə üzv ölkələrin parlamentləri Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğını insanlıq əleyhinə cinayət kimi tanıyır. Həmçinin, üzv ölkələr cinayətə milli səviyyədə qiymət verməyə çağırılmışdır.

Təşkilata üzv parlamentlərə birbaşa çağırış edilir və belə çağırış faciənin milli səviyyələrdə hüquqi və siyasi baxımdan tanınmasına şərait yaradır.

İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində keçirilmiş 7-ci iclasında 2012-ci iln 30 yanvar tarixində “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı ənənəvi olaraq qəbul edilmiş qətnaməyə Gənclər Forumun təşəbbüsü ilə əlavə bənd salınmışdır. Xocalı faciəsinə həsr edilmiş xüsusi paraqrafda təşkilata üzv ölkələrin parlamentləri 1992-ci ilin 26 fevral tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda dinc azərbacanlı əhaliyə qarşı törədilmiş faciənin soyqrım kimi tanınmasına çağırmış və faciəni törədənlərin ədalət məhkəməsinə çıxarılmasını tələb etmişdir.

Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir.

Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir.

Mənbə:

www. justiceforkhojaly. org

www. virtualkarabakh. az